Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi növbəti tədris ilinə hazırlıq işlərində əsas yerlərdən birini tutur. Belə ki, “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə fakültənin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetişdirmə laboratoriyası” yaradılmış və iki növdə 2 min dən çox balıq yetişdirilməsinə başlanmışdır. Artıq həmin ərazidə 16 ədəd açıq su hovuzunun inşası başa çatdırılmış və onların 8-də artıq müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alınması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edərək, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına da yiyələnirlər.