MÜHƏNDİSLİK FAKÜLTƏSİ

Ünvan: AZ2016. Gəncə şəhəri, Ozan küçəsi 204, AZ2000

Tel: +994 22 2668129

E-mail: office@adau.edu.az

 

Mühəndislik fakültəsi 1930-cu ildə kənd təsərrüfatının mexanikləşdirilməsi adı ilə Zaqafqaziya Pambıqçılıq İnstitutunun tərkibində yaradılmışdır. Burada görkəmli professorlar Məmməd Nuriyev, Məmmədyusif Axundzadə, Məmmədəli Məmmədəliyev, Nadir Hüseynov, Xosrov Quliyev, Cabbar Ələkbərov, İbrahim Tağıyev, Durdanə Kərimova və digər görkəmli alimlər çalışmışlar.

 

KAFEDRALAR

  • Fizika və riyaziyyat
  • Texniki mexanika və qrafika
  • Kənd təsərrüfatı texnikası
  • Maşın mühəndisliyi və standartlaşdırma
  • Yerüstü nəqliyyat vasitələri və texniki servis
  • Meliorasiya və hidrotexniki qurğular
  • Elektrik mühəndisliyi
  • Energetika
  • İnformasiya texnologiyaları
  • Həyat fəaliyyətinin təhlükəsizliyi

 

BAKALAVRİAT PROQRAMLARI

  • Aqromühəndislik  
  • Maşın mühəndisliyi  
  • Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi  
  • Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
  • Meliorasiya və su  təsərrüfatı tikintisi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • İnformasiya texnologiyaları

 

MAGİSTRATURA PROQRAMLARI

  • Aqromühəndislik
  • Elektroenergetika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  •  Maşın mühəndisliyi
  • Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
  • Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

 

DOKTORANTURA VƏ DİSSERTANTURA PROQRAMLARI

  • Aqromühəndislik
  • Avtomobiltexnikası
  • Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

 

PROFESSOR-MÜƏLLİM HEYƏTİ

  • Elmlər doktoru, professor- 6
  • Fəlsəfə doktoru, dosent-59
  • Fəlsəfə doktoru, baş müəllim-14
  • Baş müəllim-33
  • Fəlsəfə doktoru, assistent-2
  • Assistent-23

 

TƏLƏBƏLƏRİN SAYI

  • Bakalavriatlar-948
  • Magistrantlar-69

Son illər fakültənin maddi-texniki bazasının yaxşılaşdırılması üçün əsaslı yenidənqurma işləri görülmüşdür. Müasir tədris avadanlıqları ilə təsis olunmuş auditoriyalar yaradılmış, xaricıi kənd təsərrüfatı maşınları alınaraq istifadəyə verilmişdir.

Ölkə rəhbərinin göstərişi ilə ayrılmış maliyyə vəsaiti hesabına mühəndislik fakültəsinin tədris korpusu müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş, zəruri avadanlıqlarla təchiz edilmişdir.

 

 

Mühəndislik korpusunun alt mərtəbəsi

Mühəndislik korpusunun alt mərtəbəsi 2019-cu ildə əsaslı təmir olunmuşdur. Burada ADAU TV, Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində Nizami layihəsi üzrə doktorant mərkəzi, “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi çərçivəsində yaradılmış təlim-məsləhət mərkəzi,  elektrik avadanlığının təminatı laboratoriyası, elektrik intiqalı və elektrik avadanlığı laboratoriyası, elektron energetika laboratoriyası, mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi, redaksiya-nəşriyyat şöbəsi fəaliyyət göstərir.

 http://ssl.adau.edu.az/file/page/2020/09/22/1600767792_222222.jpg 

 

MAŞIN-TRAKTOR PARKI

Maşın-traktor parkı ən müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmuşdur. Burada Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə alınmış New Holland, Sampo, MTZ, Landini, Cansa və digər kənd təsərrüfatı texnikaları, Hyundai, Peugeot, Mercedes markalı avtobus və mikroavtobuslar mövcuddur. Mühəndislik sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, tələbələrin praktik bilik və bacarıqlarının artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xeyli miqdarda kənd təsərrüfatı texnikası universitetə əvvəzsiz olaraq verilmişdir.

 

NEW HOLLAND AGRICULTURE Təlim Mərkəzi

“Grand Motors” MMC tərəfindən yaradılmışdır. Mərkəzin məqsədi şirkət tərəfindən Azərbaycana idxal olunan kənd təsərrüfatı texnikalarının idarə edilməsi sahəsində mütəxəssis hazırlığına dəstək verməkdir. Əməkdaşlıq çərçivəsində bir qrup tələbə Belçika və Türkiyədə təcrübə keçmişdir.

 

 

JOHN DEERE Təlim Mərkəzi

"Aztexnika LTD” MMC tərəfindən yaradılmışdır. Mərkəzin məqsədi şirkət tərəfindən Azərbaycana idxal olunan John Deere texnikalarının idarə edilməsi sahəsində mütəxəssis hazırlığına dəstək verməkdir. Şirkət tərəfindən Mərkəzdə pambıqyığan kombaynlarının operatorları üçün təlimlər təşkil olunur.

 

Sürücülük Kursları

Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq şəratində Mühəndislik fakültəsinin nəzdində traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kursları təşkil olunur. Tələbələr kursu başa vurduqdan sonra “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə onlayn sürücülük testindən keçir və sürücülük vəsiqələri ilə təmin olunurlar.

 

 

Yüksək texnologiyalı suvarma sistemi mərkəzi

Mərkəz Heydər Əliyev Fondu və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaradılmışdır. İsrailin Netafem şirkətinin son texnologiyaları əsasında qurulmuş mərkəz 24 dekabr 2019-cu il tarixində açılmışdır.

 

 

Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi 

Mərkəz Beynəlxalq Miqrasiya Təşkilatı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaradılmışdır.