Azərbaycanda yerquruluşu təhsilinin təşəbbüskarı və təşkilatçısı akademik Məmmədtağı İbrahim oğlu Cəfərov olmuşdur. “Torpaqşünaslıq və meliorasiya” kafedrasının müdiri işləyən zaman  M.İ. Cəfərov Azərbaycan SSR və SSRİ hökumətləri qarşısında ölkəmizdə “Yerquruluşu” ixtisası üzrə mütəxəssis hazırlığına başlanması barəsində vəsadət qaldırdı.  Nəticədə 1976-cı ildən “Torpaqşünaslıq, kənd təsərrüfatı, meliorasiya və yerquruluşu” kafedrasında yerquruluşu ixtisası üzrə tələbə qəbuluna və mütəxəssislərinin hazırlığına nail olundu. 1981-ci ildən etibarən bu kafedranın bazasında “Yerquruluşu və geodeziya” kafedrası təşkil edildi.

Kafedranın formalaşmasında akademik Cəfərov M.İ. ilə yanaşı professor əvəzi Ramiz Quliyevin, dosent Urfan Ağayevin və dosent Zahid Süleymanovun əməyini xüsusi qeyd etmək olar. Kafedranın son nailiyyətləri dosent Əfqan hüseynovun adı ilə bağlıdır.

Universitetin rektoru AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərovun diqqət və qayğısı nəticəsində kafedra müasir proqram təminatlı (AutoCad, ArxCİS, qlobal Mapper və s.) təchiz olunmuş. kafedra İKT ilə təchiz olunmuş auditoriyalar, laboratoriya kimi maddi - texniki bazaya malikdir.

Son illər kafedrada müasir dövrün tələblərinə uyğun yeni fənnlər (CİS, məsafədən zondlama və s.) tədris olunur.

Əməkdaşlarımız tərəfindən tərəfindən çoxlu sayda müxtəlif tədris proqramları, metodik vəsaitlər, dərslik və dərs vəsaitləri, hazırlanmış, elmi məqalələr yazılmışdır.

Kafedrada “Yerquruluşu, torpaq və şəhər kadastrı” istiqaməti üzrə hazırlanmış mütəxəssislər Daşınmaz Əmlak  məsələləri üzrə Dövlət Komitəsində,   Kənd təsərrüfatı Nazirliyində, Ekologiya və Təbii sərvətlər Nazirliyində və digər dövlət qurumlarında, özəl təşkilatlarda aqrar və torpaq islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsinin bilavasitə icraçıları olmuşlar. Dövlət proqramına uyğun olaraq ölkədə aparılməış torpaq islahatı zamanı torpaqların mülkiyyət formaları üzrə sərhədlərinin təyini, elektron kadastr xəritələrinin tərtibi, və s. işlərdə k afedranın əməkdaşları tərəfindən müvafiq tövsiyələr verilmiş və yerlərdə sərhədlərinin müəyyənləşdirilməsində iştirak edilmişdir.

Hazırda kafedrada 5 dosent, 9 nəfər baş müəllim və 4 nəfər assistent fəaliyyət göstərir.