Azərbaycan Dövlət Aqrar Universitetinin Bitki mühafizəsi kafedrasının tərkibində Bitki klinikası laboratoriyası 2016 – cı ildən fəaliyyət göstərir. Bitki klinikası laboratoriyasında kənd təsərrüfatı bitkilərində xəstəliklər törədən müxtəlif patogenlər və ziyanvericilər: göbələk, bakteriya, virus, nematode, alaq bitkiləri və.s təyini, qida maddələrinnin xəstəliklərlə əlaqəsi və diaqnozu ilə bağlı analizlər aparılır. Bitki Klinikası diaqnoz zamanı Klinikanın əməkdaşlarilə yanaşı müxtəlif sahələrdə Bağçılıq, Torpaqşünaslıq, Entomologiya, Aqrokimya, Mikologiya və Alaq bitkilərilə əlaqəli mütəxxəsislərində fikirlərindən bəhrələnir. Hazırda ölkənin müxtəlif regionlarında olan fermer təsərrüfatlarından bitki klinikasına daxil olan nümunələrə baxış keçirilərək məsləhətlər verilir, eyni zamanda klinikasnın əməkdaşları ehtiyac duyulduqda fermer təsərrüfatlarına səfər edərək yerindəcə nümunələrin götürülməsini və məsləhətlərin verilməsini də həyata keçirir. Sizdə bu fermerlərin sırasına qoşulmaq və sahənizdə problemlərin aradan qalxmasını istəyirsinizsə buyurun bizə müraciət edin.