Ünvan:  Gəncə şəhəri, Ozan küçəsi 205,AZ2000

          Tel: +994 22 2668783

E-mail: office@adau.edu.az

“Baytarlıq” ixtisasları üzrə mütəxəssis hazırlığına 1931-ci ildə Gəncədə yaradılan Azərbaycan Zoobaytarlıq İnstitutunda başlanılıb. 1933- cü ildə bu institut Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna birləşdirilib və 1935-ci ildə ilk buraxılış olub. Burada rus alimləri ilə yanaşı azərbaycanlı mütəxəssislər də çalışıblar. 

1932-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun təşkilatçılarından biri, professor Fətullabəy Rzabəyli zoologiya, zoogigiyena və baytarlıq-sanitariya ekspertizası kafedrasının rəhbəri olub.

Bu fakültədə tanınmış alimlər: akademik Firuz Məlikov, Elmlər Akademiyasının müxbir üzvü  Ağaxan Ağabəyli,  professorlar Rəhim Səttarzadə,  Cahangir Axundov, Mirzə Sadıxov,  Zülfiqar Verdiyev, Kəbutər Səfərov, Rəhim Mehdiyev,Yunis Səfərov, Hacı Hacıyev, Ənvər Xəlilov, Hacı Quliyev, Ələddin Əsgərov, Raul Qədimov, Rüstəm Rüstəmov, Ağakərim Əliyev, Turan Turabov, Kamal Ağalarov uzun müddət fəaliyyət göstəriblər.

Son illərdə fakültənin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, müasir tələblərə cavab verən laboratoriyalar, tədris və təcrübə mərkəzləri yaradılıb, baytarlıq klinikası, süni mayalanma tədris mərkəzi, kəsim sexi, pataloji anatomiya muzeyi, baytar-sanitariya ekspertizası laboratoriyası, əczaçılıq kimyası laboratoriyası və başqa tədris və tədqiqat sahələri yaradılıb.

      KAFEDRALAR

  • Terapiya,mamalıq və cərrahiyyə
  • Epizootologiya, mikrobiologiya və parazitologiya
  • Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası
  • Anatomiya,patanatomiya və patfiziologiya

 

 

BAKALAVRİAT PROQRAMLARI

  • Baytarlıq (azərbaycan, rus və ingilis dillərində)
  • Əczaçılıq (azərbaycan və rus dillərində)

 

 

MAGİSTRATURA PROQRAMLARI

  • Baytarlıq
  • Əczaçılıq

 

 

   DOKTORANTURA VƏ DİSSERTANTURA PROQRAMLARI

  • Baytarlıq elmləri
  • Farmakologiya
  • Klinik farmakologiya
  • Dərmanların alınma texnologiyası
  • Əczaçılıq işinin təşkili
  • Əczaçılıq kimyası
  • Farmakoq­no­ziya

 

 

PROFESSOR-MÜƏLLİM HEYƏTİ

  • Elmlər doktoru, professor-3
  • Fəlsəfə doktoru, dosent-19
  • Fəlsəfə doktoru, baş müəllim-2
  • Baş müəllim-16
  • Assistent-23

 

TƏLƏBƏLƏRİN SAYI

  • Bakalavriatlar-700
  • Magistrantlar-31