Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq klinikası 2017-ci ilin sentyabrında istifadəyə verilib.

ADAU Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi Baytarlıq klinikası Türkiyə Respublikası əməkdaşlıq və koordinasiya agentliyi tərəfindən cihaz və avadanlıq ilə təchiz edilmişdir. Hal hazırda klinikada laboratoriya otağı, müayinə, ultrasəs, rentgen və cərrahiyə otaqları mövcuddur.

Laboratoriyada müasir cihazlar, mikroskoplar, elayzer aparatı, quruducu şkaf, soyuducu avadanlıqlar mövcuddur.

Müayinə otağı vud lampası, dəri xəstəliklərinin müayinəsi üçün doppler aparatı, larinqoskop, otoskop, elektrokardioqramma və s. avadanlıqlarla təchiz olunub.

Ultrasəs müayinə otağında xırda heyvanların müayinəsi üçün uzi aparatı mövcuddur.

Rentgen otağında sınıqları, qırıqları, gərilmələri hər ölçüdə çəkən müasir rentgen cihazı və protativ rentgen cihazları var.

Cərrahiyə otağında əməliyyat masası, süni tənəffüs cihazı, quruducu şkaf, avtoklav, termostat və digər cihazlar mövcuddur.