AQROTEXNOLOGIYA FAKÜLTƏSİ
Ünvan: Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi 62, AZ2000
Tel: +994 22 2689668
E-mail: office@adau.edu.az
Aqrotexnologiya fakültəsi 2009-cu ildə yaradılıb. Son illərdə fakültənin maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulmuş, o cümlədən kimya, yerquruluşu, qida məhsulları, şərabçılıq laboratoriyaları yaradılmışdır.
KAFEDRALAR
- Dizayn
- Kimya
- Qida məhsulları mühəndisliyi və ekspertiza
- Yerquruluşu
BAKALAVRİAT PROQRAMLARI
- İstehlak mallarının ekspertizası və marketinqi
- Qida mühəndisliyi
- Şərabçılıq
- Yerquruluşu və daşınmaz əmlakın kadastrı
MAGİSTRATURA PROQRAMLARI
- Dizayn
- İstehlak mallarının ekspertizası və marketinqi
- Qida məhsulları mühəndisliyi
- Yerquruluşu, torpaq və şəhər kadastrı
DOKTORANTURA VƏ DİSSERTANTURA PROQRAMLARI
- Qida məhsullarının texnologiyası
- Yerquruluşu və daşınmaz əmlakın idarə edilməsi
PROFESSOR-MÜƏLLİM HEYƏTİ
- Elmlər doktoru, professor – 3
- Fəlsəfə doktoru, dosent – 15
- Fəlsəfə doktoru, baş müəllim-7
- Baş müəllim-23
- Assistent-8
TƏLƏBƏLƏRİN SAYI
- Bakalavriatlar-430
- Magistrantlar-27
LABORATORİYALAR
- Kadastr və yerquruluşu laboratoriyası
- Kimya laboratoriyaları
- Şərabçılıq laboratoriyası
- Qida məhsullarının ekspertizası laboratoriyası
KADASTR VƏ YERQURULUŞU LABORATORİYASI
Laboratoriya Yerquruluşu kafedrasının nəzdində fəaliyyət göstərməklə “yerquruluşu və daşınmaz əmlakın idarə edilməsi” ixtisasında praktik dərslərin yerinə yetirilməsinə və daşınmaz əmlakın idarə edilməsi birgə layihələrin yerinə yetirilməsinə xidmət edir.
KIMYA LABORATORIYALARI
Kimya kafedrasının nəzdində fəaliyyət göstərən qeyri-üzvi kimya, fiziki kimya, analitik kimya, bioloji kimya, ekoloji kimya laboratoriyaları müvafiq fənlər üzrə laboratoriya dərslərinin, eləcə də elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə xidmət edir.
ŞƏRABÇILIQ LABORATORIYASI
2018/2019-cu tədris ilindən bakalavriat səviyyəsində “şərabçılıq” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. İxtisas kənd təsərrüfatı ixtisasları qrupuna daxil olmaqla tələbələr yalnız dövlət sifarişi əsasında təhsil alır, aylıq təqaüdlə təmin olunurlar. İxtisasın tədris planı Sloveniyanın Nova Qoritsa Universitetinin əməkdaşları ilə birgə hazırlanmış, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Tələbələrin praktiki biliklərinin möhkəmləndirilməsi üçün son illərdə Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının maddi-texniki bazası möhkəmləndirilmiş, o cümlədən şərabçılıq laboratoriyası və zirzəmisi yaradılmışdır.
ŞƏRABÇILIQ ZİRZƏMİSİ
Şərabçılıq sahəsində mütəxəssis hazırlığını təkmilləşdirmək məqsədilə şərab zirzəmisi yaradılmışdır. Şərablar müəyyən olunmuş normalara riayət edilməklə palıd çəlləklərdə saxlanır ki, bu da ona əlavə ətir və nəfis dad verir. Zirzəmidə minimum silkələnmə, ciddi şəkildə müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma, zəruri mikromühit mövcuddur.
TƏLƏBƏLƏRİN ƏL İŞLƏRİ