Son illər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması tədris və elmi-tədqiqat işlərinin keyfiyyətinə müsbət təsir etməklə yanaşı respublikamızın  müxtəlif bölgələrində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarına məsləhət xidmətlərinin göstərilməsinə geniş imkanlar yaratmışdır. Bu məqsədlə  universitetin nəzdində “Aqrar məsləhət xidməti” yaradılmışdır.