ADAU TV 2019-cu il sentyabrın 17-də yaradılıb. Televiziyanın ilk efiri oktyabrın 1-də baş tutub. Televiziyanın yaradılması bir əsrlik şərəfli yol keçən Azərbaycan Dövlət Aqrar Universiteti üçün daha bir yenilik kimi tarixə düşüb. İnternet TV-nin yaradılmasında məqsəd baş verən yenilikləri daha geniş auditoriyaya yaymaq, tələbə həyatının bütün sahələrini əhatə etməklə debatlar, canlı verilişlər hazırlamaqdır. Bu tribuna ən əsası ADAU-nun təbliğində böyük rol oynayır. Aqrar təhsilin inkişafına dövlət qayğısının nəticəsi olaraq bazar rəqabətli kadr hazırlığından söhbət açır.