“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Aqrar Mühəndislər” layihəsinin qeydiyyat mərhələsi start götürür

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Aqrar Mühəndislər” layihəsinin qeydiyyat mərhələsi start götürür.

Durmadan inkişaf edən dünyamızda müxtəlif sahələr üzrə mütəxəssislər yetişir. Belə ki, gənc kadrların müxtəlif sahələr üzrə inkişaf etməsi üçün "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı fəaliyyətini durmadan davam etdirir.

Mühəndislik üzrə təhsil alan gənclərin aqrar sahəyə cəlb olunması məqsədilə təşkil edilən "Aqrar Mühəndislər" layihəsi gənclərin inkişafında olduqca mühüm rol oynayacaq.

Qeydiyyat linki: https://forms.gle/Rd5DrSkGJxE5U1j98

Qeyd: onlayn müraciətin son tarixi 31 mart 2021-ci il saat 23:59 müəyyən edilmişdir. Müraciət formasını ətraflı və düzgün dolduran namizədlər növbəti mərhələyə keçid haqqı qazanacaq.