18 mart 2021-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzinin koordinator və mentorları ilə Türkiyə Cümhuriyyəti Fırat Universitetinin Texnoloji AR-GE Sahibkarlıq Tələbə Toplumu arasında görüş keçirilib.
Görüşün əsəs məqsədi Mərkəzin əlaqələrini genişləndirmək və iki Universitet arasında əməkdaşlığı daha da gücləndirmək olub. İnnovasiyalar Mərkəzinin koordinatoru Elvin Ağayev bu əlaqələrin iki tərəf üçün səmərəli olacağına və tələbələrin keçiriləcək seminar, təlim və layihələrdə iştirak etmələrinin onlar üçün böyük təcrübə əldə etməyə kömək edəcəyini bildirib.
Ar-Ge idarəetmə Sədri Çağatay Yılmaz Mərkəzdəki gənclərin burada bir çox layihə üzərində işləməsini yüksək qiymətləndirib. Görüşdə gələcəkdə Fırat Universiteti ilə ADAU arasında əməkdaşlılıq çərçivəsində bir çox layihələrin təşkili ilə bağlı müzakirələr aparılıb.