ADAU-da tələbələrə smart kartların verilməsinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.6-cı bəndinin (Smart ödəniş vasitələrinin geniş tətbiqi) icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin müvafiq tövsiyə məktubuna əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə “Azərbaycan Təhsil Kartı”nın verilməsinə başlanılıb. Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə vahid formada hazırlanmış (“Kapital Bank” və “Mastercard”)  smart kartlar tələbələrə təhsil müəssisəsinə giriş-çıxışın nəzarəti, tələbələrə aid olan otaqlara daxilolma, təqaüdün alınması, ictimai nəqliyyatda gediş haqlarının ödənilməsi, internet üzərindən, eləcə də universitet daxilində nağdsız ödənişlərin edilməsi, bir sıra ictimai iaşə məkanlarında, ticarət mərkəzlərində endirimlərdən faydalanmaq imkanları yaradır.
Hazırda birinci kursları əhatə edən layihə növbəti mərhələdə digər kurslarda təhsil alan tələbələr üçün də tətbiq olunacaqdır.

 

 

В АГАУ начали выдавать студентам смарт-карты

Реализация пункта 3.6 Плана действий по реализации «Государственной программы по расширению цифровых платежей в Азербайджанской Республике на 2018-2020 годы», утвержденной Распоряжением Президента Азербайджанской Республики № 508 от 26 сентября 2018 года (Широкое применение интеллектуальных платежных инструментов) Согласно соответствующему рекомендательному письму Министерства образования Азербайджанский государственный аграрный университет (АГАУ) начал выдачу студентам «Азербайджанской карты образования». Смарт-карты, разработанные в единой форме при поддержке Центрального банка Азербайджанской Республики (Kapital Bank и MasterCard), контролируют вход и выход студентов в учебное заведение, прием в студенческие комнаты, стипендии, проезд в общественном транспорте, онлайн, а также университет. Совершение безналичных расчетов внутри страны позволяет воспользоваться скидками в ряде заведений общепита и торговых центров.
Проект, который в настоящее время охватывает первый год, будет применен на следующем этапе к студентам, обучающимся на других курсах.