ADAU-nun məzunu Anar Məmmədov, İlkin Məmmədzadə və Hüseyn Qəribzadə Vətən uğrunda gedən döyüşlərdə şəhid olub

  

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavriat və magistratura səviyyələri üzrə məzunu Məmmədov Anar, Məmmədzadə İlkin və  Aqrobiznes və idarəetmə fakultəsinin "mühasibat uçotu və audit ixtisası" üzrə qiyabi  2-ci kurs tələbəsi Hüseyn Qəribzadə Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Universitetin rektorluğu, ictimai təşkilatları, professor-müəllim heyəti və bütün tələbələri Şəhidlərin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyir.

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Vətən Sağolsun!