ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov erməni terroru, Ermənistan tərəfindən dinc insanların məqsədli şəkildə öldürülməsi, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində ciddi sayda mülki insanların həlak olması və obyektlərin dağıdılması, o cümlədən ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasının zərər dəyməsi barədə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, əməkdaşlarını məlumatlandırır.

Universitetin Erasmus+ proqramı çərçivəsində “Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üzrə innovasiyaların inkişafı” layihəsində əməkdaşlıq etdiyi Ukrayna Bila Tserkva Milli Aqrar Universiteti, Poltava Dövlət Aqrar Universiteti, Lvov Milli Aqrar Universiteti, Mərkəzi Milli Texniki Universiteti,  Milli Aqrar Elmlər Akademiyasının Əkinçilik İnstitutu, “Kiyev Mohyla Akademi” Milli Universiteti, “Ukrayna Ərzaq Vadisi” İctimai Birliyi, “Dobro-Kraft” Fermer Müəssisəsi,  Yavoriv Milli Təbiət Parkının əməkdaşları baş vermiş hadisələri ürəkağrısı ilə qarşıladıqlarını, dinc insanların öldürülməsinin bəşəriyyət üçün böyük cinayət olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən qınanılmasını,xalqımızla həmrəy olduqlarını, ölkəmizin suverenliyini və ərazi bütövlüyün dəstəklədiklərini bildiriblər.

 

Украинские партнеры выражают солидарность с нашим народом

Ректор Азербайджанского государственного аграрного университета (АГАУ), член-корреспондент НАНА, профессор Ибрагим Джафаров проинформировал руководителей и сотрудников вузов разных стран об умышленном убийстве мирных жителей, разрушении объектов, а также о повреждении учебного корпуса факультета Агро технологии АГАУ в результате страшного ракетного обстрела в Гяндже, вторым по величине городе страны, расположенный вдали от линии фронта со стороны вооруженных сил Армении.

Участвующие университеты в проекте «Развитие инноваций для создания кластеров на принципах устойчивости в аграрном секторе» в рамках программы Erasmus + Белоцерковский национальный аграрный университет Украины, Полтавский государственный аграрный университет, Львовский национальный аграрный университет, Центральный национальный технический университет, Институт сельского хозяйства Национальной академии аграрных наук, а также сотрудники  «Киево-Могилянской академии» Национального университета, общественного объединения «Украинская Продовольственная долина», хозяйственного предприятия «Добро-Крафт», Яворовского национального природного парка выразили сожаление по поводу произошедшего, заявив, что убийство мирных жителей является большим преступлением для человечества и осуждено мировым сообществом. Они выразили солидарность, поддержку суверенитета и территориальной целостности Азербайджана.

 

Ukrainian partners ASAU express solidarity with our people

The rector of  Azerbaijan State Agricultural University (ASAU), Corresponding Member of ANAS, Professor Ibrahim Jafarov informed the heads and employees of universities of different countries about the premeditated killing of civilians, the destruction of facilities, as well as the damage to the academic building of the Agro Technology Faculty of  ASAU as a result of a terrible rocket attack in Ganja , the second largest city in the country, located away from the front line by the Armenian armed forces.

Participating universities in the project "Enhancing Capacity of Universities to Initiate and to Participate in Clusters Development on Innovation and Sustainability Principles" within the framework of the Erasmus + program such as  Bilotserkiv National Agrarian University of Ukraine, Poltava State Agrarian University, Lviv National Agrarian University, Central National Technical University, Institute of Agriculture of the National Academy of Agrarian Sciences , as well as employees of the "Kiev-Mohyla Academy" of the National University, the public association "Ukrainian Food Valley", the economic enterprise "Dobro-Kraft", the Yavoriv National Natural Park expressed regret about the incident, saying that the murder of civilians is a great crime for humanity and condemned by the world community. They expressed solidarity, support for the sovereignty and territorial integrity of Azerbaijan.