Azərbaycan Dövlət Aqrar Universitetinə köçürülmək istəyən tələbələrin nəzərinə!

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/2 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.9-cu bəndinə əsasən tələbələrin dövlət adından təsisçi funksiyalarını həyata keçirən nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Odur ki, ADAU-ya köçürülmək istəyən tələbələrə müvafiq razılıqların əldə edilməsi üçün onlayn müraciətlərinə (web@agro.gov.az) aşagıdakı sənədləri əlavə etmələri tövsiyə olunur:
1.Ərizə (nümunə əlavə olunur)
2.Tələbə olduğunu təsdiq edən sənədin nüsxəsi (tələbə bileti)
3.Qəbul balını təsdiq edən sənəd (eyniadlı ixtisaslar üzrə köçürülmək istəyənlər istisna olmaqla).

Qeyd: Ərizədə şəxsi əlaqə nömrəsinin və e-mail ünvanının göstərilməsi mütləqdir.