“Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.

Konfransın məqsədi: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün  Dövlət Proqramı”nın müvafiq bənlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və  elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir. 

Konfransın bölmələri:

  • Dünyada və Azərbaycanda çayçılığın tarixi və inkişaf meylləri;
  • Çayçılıqda innovativ texnologiyaların tətbiqi;
  • Çayçılığın inkişaf etdirilməsində institusional tədbirlər;
  • Çayçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;
  • Çayçılıq sahəsinin elmi və kadr təminatı;
  • Çay emalı potensialının artırılması və infrastruktur təminatının yaxşılaşdırılması;
  • Çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi;
  • Çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
  • Çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracı, kooperasiyanın dəstəklənməsi və təşviqi;
  • Çayçılığa dövlət dəstəyinin prioritet istiqamətləri.

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi: 30.03.2020

Məqalələrin göndərilməsi üçün son tarix: 26.03.2020

Məqalələrin tərtib olunmasına dair tələblər:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: elm.sh.adau@gmail.com

www.adau.edu.az