ADAU-da ağacəkmə aksiyası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Könüllülər ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

Aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasını xüsusilə gənc nəslin diqqətinə çatdırmaq, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

"Aqrar İnkişaf Könüllüləri" və Aqronomluq fakültəsi tələbələrinin birgə fəaliyyəti nəticəsində təşkil olunan aksiya Universitetin Tədris-təcrübə təsərrüfatında keçirilib. 200-ə yaxın ağac əkilib və mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib.