Polşanın Varşava Təbiət Elmləri Universiteti Erasmus+ mübadilə proqramı üçün təqaüd elan edir

Əziz Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) magistr tələbələri!
Polşanın Varşava Təbiət Elmləri Universiteti Erasmus+ dəyişim mübadiləsi üçün 2021-2022-ci təhsil ili üçün (payız semestri) təqaüd elan edir!
Təqaüdə daxildir:
- Səyahət xərcləri (gediş və dönüş bileti)
- Təhsil haqqı
- Yaşamaq və qidalanmağı təmin etmək üçün aylıq məvacib
Təhsil 3 ay (1 semestr) müddətini əhatə edəcək. Sənədlər aprel ayının 20-dək qəbul edilir.
Müraciət üçün tələb olunur:
- B2 səviyyəsində ingilis dili
- İxtisas uyğunluğu
- Qeyd: İxtisasınızın uyğunluğu üçün buradan baxa bilərsiniz:
https://www.sggw.pl/en/international-cooperation_/information-for-students/sggw-stud
ies-in-english/subjects-in-english?fbclid=IwAR08aZaRBGAQ35kiP3FjqQtAT4Eg4i9M
FalgzJnLYBb77wyVtf0dDWHKWgA#economic
Əlavə məlumat və sənəd qəbulu üçün:
Nərmin Şəfiyeva (narminshafiyeva88@gmail.com) və ya ADAU, beynəlxalq əlaqələr şöbəsi, 25-ci otaq (Tel:022 266 07 26)