Varşava Təbiət Elmləri Universiteti 2021-ci ilin payız semestri üçün tələbə qəbul elan edir!

Əziz tələbələr,
Varşava Təbiət Elmləri Universiteti ilə Aqrar Universiteti arasında tələbə dəyişimi müqaviləsi əsasında Varşava Təbiət Elmləri Universiteti 2021-ci ilin payız semestri üçün tələbə qəbul elan edir!


Son müraciət üçün tarix: 31 mart
SGGW, çox güman ki, hibrid bir formada hərəkətlilik tətbiq edəcəkdir (tələbələr üz-üzə və ya uzaq formada kurslara getmək üçün Polşaya dəvət olunur).
Təhsil üçün müraciət paketi aşağıdakılardan ibarətdir: müraciət forması, tələbə statusunu təsdiq edən sənəd, transkript, öyrənmə müqaviləsi, dil sertifikatı, tövsiyə məktubu, GDPR bəyannaməsi.
İngilis dilində təklif olunan ixtisaslara aşağıdakı veb linkdən baxa bilərsiniz:
https://www.sggw.pl/image/data/erasmus/sylabus%20SS%2020.21/Academic_offer.pdf
Baytarlıq fakültəsi üçün (beynəlxalq tələbələr 4-cü kursdan qəbul edilir) fakültənin veb saytına daxil olun:
http://wmw.sggw.pl/en/category/current-studies/acad-syllab-timetbl/
Varşava Təbiət Elmləri Universitetində tələbə hərəkətliliyi sxemi:
Payız semestri: oktyabr - fevral
Minimum qalma müddəti: 3 ay
ECTS sayı / semestr: 30 ECTS (minimum 20 kredit)
Bütün hərəkətlilik dövrü üçün məcburi sığorta.
İngilis dili səviyyəsi: B2
Təqaüd əhatə edir: 1 semester təhsil (digər xərcləri isə tələbə özü qarşılayacaq)
Əlavə məlumat üçün:
ADAU beynəlxalq əlaqələr şəbəsi, 25-ci otaq, 022 2660726
və ya Şəfiyeva Nərmin, narminshafiyeva88@gmail.com;

050 7637386