Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqınin ödənilməsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020/2021-ci tədris ilinin birinci (payız) semestr üçün təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə 15 oktyabr 2020-ci il tarixindən https://www.e-telebe.edu.az elektron portalı vasitəsilə müraciət qəbulunu aktivləşdirib.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin təhsil müəssisəsi altsisteminin istifadəçi təlimatı ilə https://www.e-telebe.edu.az tanış ola bilərsiz.