2020/2021-ci il üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı

2020/2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün  Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 9-dan 20-dək namizədlərin qeydiyyatı elan edilmişdir. Qeydiyyatdan keçmək üçün DİM-in rəsmi saytından məlumat əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşları üçün fəlsəfə doktoru poqramı üzrə doktorantura və dissertantura təhsili üçün illik təhsil haqları bütün ixtisaslar üzrə 1000 manat, elmlər doktoru proqramı üzrə doktorantura və dissertantura təhsili üçün illik təhsil haqları bütün ixtisaslar üzrə 1200 manat müəyyən edilib.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertantura təhsili üçün orta hesabla 1000 ABŞ dolları, elmlər doktoru proqramı üzrə 1200 ABŞ dolları müəyyən edilib.