ÖDƏNIŞLI ƏSASLARA QƏBUL OLUNAN ABİTURİYENTLƏRİN NƏZƏRINƏ!


“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarı olmuşdur. Qərara əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:
1. Ünvanlı dövlət sosial yardımı alanlar
2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni
nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar
3. I və II dərəcə əlilliyi olan şəxslər
4. İşsiz kimi qeydiyyatda olanlar
5. Yaşa görə əmək pensiyaçıları
6. Yaşa görə sosial müavinət alanlar
(Qərarın tam mətni ilə linkə daxil olmaqla tanış ola bilərsiniz. https://nk.gov.az/az/document/4381/)
Tələbələr bu imtiyazdan faydalanmaq üçün Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemindən www.e-telebe.edu.az portalından qyediyyatdan keçməlidirlər.
Qeyd olunan Qərarda aşağıdakı kateqoriyadan olan tələbələrin təhsil haqqı xərcinin dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmamışdır:
1. Təkrar ali təhsil alan tələbələr
2. Normativ təhsil müddətindən çox təhsil alan tələbələr
3. Əyani təhsil almayan tələbələr
REKTORLUQ