ADAU TV İNTERNET TELEVİZİYASI

2019-cu il sentyabrın 17-də Azərbaycan ADAU-nun eyniadlı yeni internet televiziyası yaradılıb. ADAU TV-nin ilk efiri oktyabrın 1-də baş tutub. Bu televiziyanın yaradılması bir əsrlik şərəfli yol keçən universitet üçün daha bir yenilik kimi tarixə düşüb. İnternet TV-nin yaradılmasında məqsəd baş verən yenilikləri daha geniş auditoriyaya yaymaq, tələbə həyatının bütün sahələrini əhatə etməklə debatlar, canlı verilişlər hazırlamaqdır. Eyni zamanda tələbələrin səmərəli vaxtlarının qiymətləndirilməsi, intellektual biliklərinin inkişaf etdirilməsi istiqamətində həm universitet, həm də şəhər səviyyəli yarışmalar keçirilir. Fermerlər və torpaq  mülkiyyətçilərinin maarifləndirilməsi, yeniliklərin onlara çatdırılması istiqamətində də internet televiziyasının efirində bir-birindən maraqlı müxtəlif səpgili verlişlər təqdim edilir.

https://www.youtube.com/channel/UC0zhgiBTvxYHcWIBiCzaBrg