Təqaüdlər

Təqaüdlər

Azərbaycan Dövlət Aqrar Universitetində dövlət sirafişli ixtisaslarda təhsil alan tələbələr aylıq təqaüdlə təmin olunurlar.

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar təhsilə marağın artırılması üçün univesitetə kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla qəbul olan tələbələrə əlavə təqaüd verilməsi davam etdirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.

Bununla yanaşı Elmi Şuranın qərarına əsasən qeyri kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olunmuş tələbələrə 120 manat, 400-499 balla qəbul olunmuş tələbələrə 80 manat məbləğində büdcədənkənar vəsait hesabına əlavə təqaüd verilmişdir.

Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə rəhbərlik tərəfindən diqqət və qayğı göstərilir. Belə ki, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat , ingilis dilli ixtisaslarda təhsil alanlara hər ay 100 manat məbləğində əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.

Bundan başqa, “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə“ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamına əsasən 2019-cu il martın 1-dən dövlət hesabına artırılan 16000 (on altı min) vahid əlavə təqaüd yerindən Təhsil Nazirliyinin müvafiq əmri ilə ADAU-ya 547 əlavə təqaüd yeri ayrılmışdır.

Təqaüdlər
Sosial şəbəkələrdə paylaş: