Tələbə Gənclər Təşkilatı

     

Valeh Əsədov - ADAU TGT sədri

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41 №li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün Ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Azərbaycan Dövlət Aqrar Universitetində Tələbə Gənclər Təşkilatı 12.05.2005-ci il tarixində təsis edilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) isə 20 noyabr 2009-cu ildə təsis edilmişdir. İttifaq qeyri hökumət, qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır. İttifaqda Azərbaycanın 109 dövlət və özəl Ali Təhsil müsəssiələri birləşmişdir.
Tələbə Gənclər Təşkilatının yaradılmasının əsas məqsədləri sırasına daxildir:
Respublikamızın gənclərini müəyyən sahələrdə təşkilatlandırmaq, onların hüquqlarını müdafiə etmək, asudə vaxtlarını səmərəli təşkil etmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, gənclərimizi elmə, təhsilə yönəltmək və s. Qarşıya qoyulmuş məqsədləri yerinə yetirmək üçün Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatı müxtəlif növ tədbirlər həyata keçirir.
Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və ittifaqın əsasnaməsinə uyğun fəaliyyət göstərir. Təşkilatın emblemi, rəsmi məktub blankı və digər rekvizitləri vardır.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı 2014-ci il ərzində regionda həyata keçirtdiyi tədbir və layihələr, regionun ictimai- siyasi və mədəni həyatında iştirakına və nəaliyyətlərinə görə <İLİN REGİON TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI > Mükafatı ilə təltif olunub.

Ⅶ hesabat- seçki konfransında Valeh Əsədov yeni sədr seçilmişdir.

Əsədov Valeh Anar oğlu 1999-cü ilin aprelin 21-də Gəncə şəhərində anadan olub. 2005-ci ildə Gəncə şəhər Məşədi Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2016-cı ildə həmin məktəbi Fəxri Fərman ilə bitirib və həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakültəsinin Menecment ixtisasına daxil olub.Məktəbdə təhsil aldığı müddətdə ictimai işlərlə yaxından maraqlanıb və aktiv fəaliyyəti nəticəsində 2015-ci ildə Gəncə Şəhər Şagird Parlamentinin sədri vəzifəsinə seçilmişdir.Məktəbi bitirdikdən sonra həmin təşkilatda fəaliyyəti başa çatmışdır.

Universitetə daxil olduğu ilk günlərdən Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatında aktiv şəkildə fəaliyyət göstərməyə başlayıb. Fəaliyyət göstərdiyi müddətdə TGT Sədr müavini, daha sonra Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədr əvəzi kimi universitetin, eləcə də şəhərin ictimai işlərində yaxından iştirak edib.  2017-ci ildə keçirilən Ⅶ Hesabat-Seçki konfransında Tələbə Gənclər Təşkilatının yeni Sədri Seçilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı tərkibi aşağıdakı kimidir:

5 nəfərdən ibarət idarə heyyəti, 5 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi

Departament və ya şöbələr

1.İnsan Resursları departamenti

2.Beynəlxalq əlaqələr departamenti

3.Layihələr departamenti

4.Ümumi Şöbə

5.Elm-Təhsil departamenti

6.İctimaiyyətlə əlaqələr departamenti.